Bazar ertəsi , 13 Aprel 2026
Drone Cameras

Mehriban Əliyeva: “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq”

“Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir!”. 

Boyukmillet.com xəbərinə görə, bunu Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva özünün “İnstagram” səhifəsindəki paylaşımda bildirib.

I Vitse-prezident qeyd edib ki, düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq:

“Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!”

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …