Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türk qardaşlarımızdan birlik mesajları

İşğalçı Ermənistanın hərbi birləşmələri Azərbaycanın Tovuz rayonu istiqamətindən iyulun 12-dən başlayaraq növbəti dəfə təxribatlara əl atdı. Hər zaman ayıq-sayıq olan Silahlı Qüvvələrimizin bölmələri artıq bir neçə gündür ki, düşmənə tutarlı cavablar verərək böyük itkilərlə düşməni geri otuzdurur. İşğalçı Ermənistanın təxribatlarına qarşı mübarizə aparan ölkəmizə isə ilk dəstək yenə də məhz qardaş Türkiyədən gəldi. Qardaş Türkiyənin rəsmiləri açıq-aydın Azərbaycanın yanında olduqlarını bildirdilər, düşməndən “ağlını başına toplamağı” sərt şəkildə tələb etdilər.

Bu sözləri mətbuata açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib.

Emin Həsənlinin sözlərinə görə, bu əsl qardaşlıq və həmrəylik nümayişidir: “Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğan, Xariçi işlər naziri Mevlut Çavuşoğlu, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və qardaş ölkənin digər rəsmilərinin Azərbaycana verdikləri dəstəyə dünyanın dörd bir yanında olan türk qardaşlarımız da qoşuldu. Qeyd edək ki, tarixi köklərə bağlı olan Azərbaycan-Türkiyə münasibətləri hər bir sahədə olduğu kimi vətəndaş cəmiyyəti inistutları səviyyəsində də möhkəmlənir, davamlı olaraq inkişaf edir”.

Emin Həsənli deyib ki, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi artıq bir neçə ildir ki, qardaş ölkənin qeyri-hökümət təşkilatları, xüsusilə də hərbi yönümlü QHT-lərlə sıx əməkdaşlıq edir, qarşılıqlı səfərlərlə əlaqələrin möhkəmləndirilməsi üçün birgə fəaliyyətlər həyata keçirir: “İşğalçı Ermənistanın təxribatlarına qarşı aparılan mübarizəyə dəstək vermək məqsədilə əməkdaşlıq etdiyimiz qardaş ölkənin ən böyük hərbi yönümlü təşkilatları – Türkiyə Təqaüddə olan Zabitlər Birliyi, Türkiyə Müharibə Veteranları Birliyi, Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimlər Birliyi, Türkiyə Təqaüddə olan Gizirlər Birliyi, eləcə də Türkiyə Aydınlar Ocağı, Anadolu Aydınlar Ocağı, Türkiyə Milliyətçi Həkimlər Birliyi, Rumeli Balkan Strateji Araşdırmalar Mərkəzi bizə qardaş Azərbaycan xalqının yanında olduqlarını ifadə edən dəstək məktubları göndəriblər. Şimalı Kipr Türk Cümhuriyyətininin Türk Müqavimət Təşkilatı və şəhid ailələrinin müharibə veteranları və əlillərinin ehtiyatda olan zabitlərin birləşdiyi ictimai birliklər də bizə dəstəklərini ifadə ediblər. Məktublarda düşmən tərəfin Azərbaycanın Tovuz rayonu istiqamətində  həyata keçirmək istədiyi təxribat şiddətli şəkildə pislənir, edilənlərin beynəlxalq hüquqa zidd olduğu bildirilir, beynəlxalq təşkilatlardan bu məsələdə ədalətli, haqqlı mövqe sərgiləmək tələb olunur. Sonda isə qeyd olunur ki, qardaş Azərbaycan ilə tariximiz, yaşadıqlarımız, şəhidlərimiz, kədərimiz və sevincimiz eynidir. Təxribatlar zamanı şəhid olan Vətən oğullarına Allahdan rəhmət, yaxınlarına səbr diləyən qardaşlarımız hər zaman Azərbaycanın yanında olduqlarını ifadə edirlər”.

undefined
undefinedundefined

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …