Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Təxribatçıların daha bir neçəsi müəyyənləşdi – FOTO

Milli Məclisin binasına ziyan vuranların daha bir neçəsinin kimliyi polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilib.

Boyukmillet.com xəbər verir ki, həmin şəxslər də artıq saxlanılıblar. Onlar İlkin Mikayılov, Tural Quliyev, Pərviz Çobanov, Nicat Muradzadə, Əli Abşlı, Əfqan Rəsulovdur.

Xatırladaq ki, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib. Amma yürüşün sonunda bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərərək Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar. Nəticədə binaya maddi ziyan vurublar.

Check Also

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən …