Cümə axşamı , 9 Aprel 2026
Drone Cameras

Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

Boyukmillet.com xəbər verir ki, Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 17-də imzalayıb.

Qərarda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci mad­dəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası 2020-ci il iyul ayının 21-də saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.

II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələ verilsin:

2020-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …