Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Erməni məhsulları Qod Nisanovun bazarına buraxılmır, nümayəndələr qovuldu

Ermənistan sahibkarlarına məxsus məhsul dolu yük maşınları Moskvanın ən böyük topdansatış bazarlarından olan “Food City” kənd təsərrüfatı məhsulları bazarından çıxarılıb.

Boyukmillet.com xəbər verir ki, erməni satıcılar məhsullarının artıq korlandığını bildirirlər.

Real TV-nin Rusiya bürosunun yaydığı məlumata görə isə ötən gün bazarın administrasiyası ilə görüşə gələn erməni diaspor nümayəndələri məkandan qovulub.

Qeyd edək ki, “Food City” bazarı Rusiyada fəaliyyət göstərən nüfuzlu azərbaycanlı iş adamı Qod Nisanov və ortağı Zarah İliyevə məxsusdur.

Fotoda sözügedən bazardan çıxarılan mal dolu erməni maşınları:

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …