Serbiya ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyaiç (Serbiya qanunlarına əsasən silah ixracına icazə verən nazirlik) serb silahlarının Ermənistana verilməsini qismən etiraf edib.
Boyukmillet.com xəbər verir ki, “Bu il, 2020-ci ildə Ermənistana silahlar bir özəl şirkət tərəfindən verilib, dövlət şirkətləri bu işdə iştirak etməyib. Hansı şirkətdən bəhs etdiyimizi deyə bilmərəm, amma məlumdur ki, əsasən tüfəng və tapança verir, məbləği bir milyon avrodan azdır və yük may-iyun aylarında çatdırılıb”, – deyə Lyaiç Nova.rs portalına bildirib.
O vurğulayıb ki, nazirlikdən əlavə ixrac icazəsi Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi tərəfindən verilib. Nazir Ermənistana qarşı sanksiyaların olmadığını və bu vəziyyətdə bir alıcıdan imtina etməsinin çətin olduğunu vurğulayıb.