Şənbə , 28 Mart 2026
Drone Cameras

Bakıda qadına mesaj yazan polis işdən çıxarıldı

Daxili İşlər Nazirliyində (DİN) paytaxt ərazisində qadının polis əməkdaşı – Zahir Abbasov tərəfindən şəxsi məlumatlarının əldə edilməsi ilə bağlı aparılan araşdırma yekunlaşıb.

Boyukmillet.com xəbər verir ki, araşdırma nəticəsində Z.Abbasov Daxili İşlər orqanlarından xaric edilib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Sevda Mahmudova adlı qadın sosial şəbəkədə metronun “Koroğlu” stansiyasındakı keçiddən çıxarkən Z.Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb və daha sonra həmin şəxs ona “messenger” vasitəsilə şəxsi xarakter daşıyan mesaj yazdığını bildirib. Qadının şikayətindən sonra DİN araşdırmalara başlamışdı.

Bakıda qadına mesaj yazan polis işdən çıxarıldı

Check Also

Əhalinin kərə yağı istehlakı azalıb

2026-cı ilin yanvar-fevral aylarında ölkədə bir sıra süd məhsullarının istehsalında azalma müşahidə olunub. Dövlət Statistika …