Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Ən bahalı futbolçular – Neymar 1-ci, Ronaldo 11-ci

İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) dünyanın ən bahalı futbolçularını açıqlayıb.

Trend-in məlumatına görə, Mərkəzin tərtib etdiyi siyahıya əsasən, Braziliya yığmasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Neymarın transferi 210,7 milyon avro dəyərləndirilir.

İkinci və üçüncü yerlərdə müvafiq olaraq “Tottenhem”dən Dele Alli (155,1 milyon avro) və Harri Keyn (153,6 milyon) gəlir.

Neymarın komanda yoldaşı Lionel Messi isə 4-cüdür – 151,7 milyon.

Avropa çempionu, Çempionlar Liqasının hazırkı qalibi Kriştiano Ronaldonun transferi 112,4 milyon avro dəyərləndirilir – 11-ci yer.

Check Also

2026-cı ilin bayram günləri – Baş nazir QƏRAR VERDİ

Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir