Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

Səhiyyə Nazirliyi: Sumqayıtda kütləvi zəhərlənmə çirklənmiş sudan baş verib

Rotavirusun su ilə yayılması nəzərə alınaraq, yayılmanın su paylayıcı şəbəkədəki nöqsanlarla bağlı olduğu ehtimal edilir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında rotavirusun aşkarlanmasına münasibət bildirərkən deyib.

V.Qasımov qeyd edib ki, su paylayıcı şəbəkəyə haradasa patogen amil düşüb.

Baş pediatr Nəsib Quliyev isə deyib ki, uşaqlar arasında aşkarlanan rotavirusun əsas əlamətləri ishal, qusma, temperaturun enməsidir: “Səhiyyə Nazirliyi tərəfindən bütün dərman preparatları təmin edilib. Xəstəxanaya indi daxil olanlar gec müraciət edənlərdir. Uşaqların 100 faizinin çiy su içməsi aşkarlanıb. Rotavirusun sularda olması nəzərə alınaraq, onun çiy su ilə keçməsi ehtimal edilir”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi İmran Abdullayev deyib ki, xəstələrin hər biri ilə sorğu aparılıb və bütün məlumatlar toplanıb:

“Məlum oldu ki, bütün valideynlər uşaqlarına çiy su veriblər. Bütün o ərazidə vətəndaşların istifadə etdiyi sulardan nümunə və xəstə uşaqlardan nəcis kütləsi götürüldü. Nəcis müayinələri də bizim ehtimallarımızın doğru olduğunu göstərdi. Rotavirus, əsasən, kiçik yaşlı uşaqlarda olur. Suyun hansı şəraitdə çirklənməsi bizə məlum deyil. Amma hadisə çirklənmiş sudan baş verib. Hazırda tədqiqatlar aparılır”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir