Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

“Jurnalistlərə 190 manat birdəfəlik ödəmə verilməsini Milli Məclisdə gündəmə gətirəcəm”- Fazil Mustafa

Məlumdur ki, pandemiya dövründə zərər görən fəaliyyət sahəsinin nümayəndələrindən biri də jurnalistlərdir. İş prosesi onları da böyük təhlükə ilə üz-üzə qoyur. Onlar istər- istəməz müxtəlif insanlarla təması nəticəsində virusa yoluxurlar. Hətta onların içərisində virusa yoluxaraq dünyasını dəyişən peşəkar jurnalistlər də var.

Ötən gün bununla bağlı Milli Məclisdə fikir bildirən deputat Tahir Kərimli pandemiya dövründə həkimlər və polislər kimi jurnalistlərin də çox əziyyət çəkdiyini bildirib. O, jurnalistlərin əməyinin göz qabağında olduğunu qeyd edərək bütün jurnlaistlərə 190 manat birdəfəlik müavinət verilməli olduğunu deyib.

Bu məsələ ilə bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa isə jurnalistlərə 190 manat birdəfəlik müavinat verilməsini Milli Məclisdə gündəmə gətirəcəyini açıqlayıb:
“Qeyd edim ki, bu məsələdə əsas kateqoriya həkimləri, ikinci polisləri götürürük. Bu iki sahənin şəxsləri paralel şəkildə pandemiyanın bütün ağırlığını çiyinlərində daşıyırlar. Hesab edirəm ki, bu kateqoriyaya üçüncünü də əlavə etməliyik. Bu da jurnalistlərdir. Tam əminliklə söyləyim ki, xüsusən də televiziya jurnalistləri müəyyən dərəcədə ən riskli vəziyyətlərdə bu funksiyanı hamıdan çox üzərlərinə götürürlər.

Həm Tovuz hadisələri ilə bağlı onların göstərdiyi fədakarlıq, həm pandemiya dövründə göstərdiyi təbliğat, həm də hansısa şəkildə iğtişaş, qarışıqlıq yaratmaq üçün yalan informasiyaların yayılmasının qarşısının alınmasında jurnalistlərin işlərini mütləq dəyərləndirmək lazımdır.

Düşünürəm ki, jurnalistlərə bu istiqamətdə müəyyən kompensasiya ödənilməsində tədbirlər görülməlidir. Jurnalistlər hətta gedib xəstə insanların palatalarında reportaj hazırlayırlar. Bu böyük riskdir. Bu riskin altına girənlər qiymətləndirilməlidirlər. Jurnalistlərə bu istiqamətdə ciddi dəstək olunmalıdır”.

Check Also

Psixiatriya xəstəxansına salınan bələdiyyə sədrinin müavini: “Bu, mənə təhqir idi…”

Arzuman Xasməmmədli: “Psixi xəstə necə icra nümayəndəsi, Heydər Əliyev Mərkəzinin inzibatçısı işləyə bilərdi?” Qazax rayon …