Bazar ertəsi , 6 May 2024
Drone Cameras

“Azərsu” rəhbəri Qorxmaz Hüseynovun gözqamaşdıran villasının fotoları yayıldı

Prezident İlham Əliyev son videomüşavirədə iri vergi ödəyicisi olan böyük şirkətlərin fəaliyyətini sərt tənqid edəndən sonra, həmin müəsissələrin rəhbərlərinin gözqamaşdıran səltənəti ilə bağlı sosial mediada çeşidli informasiyalar paylaşılır. Belə paylaşımlardan birini də jurnalist Samir Feyruzov edib. Sözügedən paylaşımda jurnalist “Azərsu” ASC-nin rəhbəri Qorxamaz Hüseynovun villarından birinin fotolarını paylaşıb. Azinforum.az həmin statusu və ona əlavə olunan fotoları təqdim edir:

“Hər kəs soruşur ki, dövlət büdcəsi necə talanıb, hanı dövlətin pulları? “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun Nərimanovda yerləşən villalarından birinin iç görüntüləri… Villanın divarları qızıl suyuna çəkilib, Əfqanıstandan xüsusi mərmər gətirilib, Braziliyadan gətirilən müxtəlif materiallarından istifadə olunub.

Bu adamın dövlətdən müxtəlif yollarla nə qədər pul oğurladığını bilmək üçün təkcə qaynı Namiq Cəbrayılovun rəhbəri olduğu “Hidro-İnşaat Servis” MMC-nin fəaliyyətini araşdırmaq bəs edir. Q.Hüseynov ən bahalı, milyonluq tenderləri qaynı N.Cəbrayılova verib”.

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …