Bazar , 22 Dekabr 2024
Drone Cameras

Azərbaycana qarşı savaşmaq üçün Qarabağa gətirilən əfqanlardan GÖZLƏNİLMƏZ GEDİŞ

Ermənistanın Dağlıq Qarabağa gətirdiyi 8 min muzdlu əfqan döyüşçü İslam dinindən imtina edib.

Boyukmillet.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

Onun sözlərinə görə, əfqan döyüşçülərin dinlərini dəyişdirməsinə çoxları inanmır: “Biz bunu deyəndə çoxları bildirdi ki, bu, mümkün deyil, əfqanlar dindardırlar və dinlərini dəyişdirməzlər. Lakin faktlar göstərir ki, biz haqlıyıq”.

G.Gülbey nümunə kimi Danimarkaya köçən miqrantların dinlərini dəyişdirməsini göstərib.

“Danimarkada dinlərini dəyişdirərək, yaşamaq icazəsi alan miqrantların 37 faizi əfqan, 42 faizi isə İrandan gələnlərdir. Bu fakt göstərir ki, “əfqanlar dinlərini dəyişdirməz” yanaşması doğru deyil”, – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərində posta çıxarmağa əsgər tapa bilməyən Ermənistan 8 min əfqan döyüşçünü 5 illik müqavilə ilə bölgəyə gətirib. Hər bir döyüşçü Azərbaycana qarşı döyüşdüyü 5 il ərzində ümumi olaraq 3 min dollar maaş alacaq, daha sonra bu döyüşçülərə Ermənistan vətəndaşlığı veriləcək, Avropaya getmək istəyənlərə isə viza almaqda köməklik göstəriləcək.
Publika.az-ın araşdırmasına görə, Qarabağa gətirilən əfqan döyüşçülər şiə məzhəbinin mənsublarıdır və İran üzərindən Ermənistana gedirlər. Əvvəlcə Ermənistanda yaradılan düşərgədə təlim keçir, daha sonra Azərbaycana qarşı döyüşmək üçün Qarabağa göndərilirlər. Onlar arasında bir neçə əsr öncə Azərbaycandan Əfqanıstana köçmüş və bu ölkədə kompakt şəkildə yaşayan qızılbaşların olması ehtimalı da var.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir