Çərşənbə axşamı , 10 Fevral 2026
Drone Cameras

İki məhkəmə sədri barədə intizam icraatı başlandı

“Məhkəmə Hüquq Şurası tərəfindən indiyədək 60-dan çox məhkəmədə monitorinqlər keçirilib”.

Boyukmillet.com xəbər verir ki, bunu Məhkəmə Hüquq Şurasının sektor müdiri Seyfəlpaşa Əliyev deyib.

Onun sözlərinə görə aşkar olunan 150-dən çox pozuntu hakim və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb:

“İşlərin elektron bölgüsünün həyata keçirilməsi ilə bağlı 20-dək pozuntu aşkarlanıb və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb. Daha ciddi pozuntularla bağlı isə iki məhkəmə sədri barədə intizam icraaatı başlanılıb”.

S.Əliyev bildirib ki, bu tədbirlərin əsas məqsədi ədalət mühakiməsinin təkmilləşdirilməsi və hakimlərin məsuliyyət hissinin artırılmasıdır.

Check Also

Vensin Bakı səfəri: sülh gündəmi və siyasi məhbus çağırışları fonunda qeyri-müəyyən proqram

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 10–11-də Azərbaycanda rəsmi səfərdə olacaq. Vensin sözçüsü AzadlıqRadiosu-na bildirib ki, səfər …