Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İsmayıllıda tarixi abidə tapılıb

Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2020-ci il tarixli müvafiq sərəncamı əsasında Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunun tikintisinə başlanıb. Yolun Kürdüvan kəndindən keçən hissəsində görülən işlər zamanı eramızdan əvvəl və eramıza aid yüzə yaxın qablar, bəzək nümunələri, pul sikkələri və eləcə də tikili qalıqları tapılıb.

Bu barədə “Report”a İsmayıllı Rayon İcra Hakimiyyətindən məlumat verilib. 

Hadisə yerinə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin İsmayıllı rayonu üzrə nümayəndələri baxış keçirib, aşkarlanan tapıntılarla tanış olublar. Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müvafiq rəsmi müraciətlər olunub. Artıq sözügedən ərazi məhdudlaşdırıcı giriş lenti ilə bağlanıb, mülki şəxslər və polis əməkdaşları tərəfindən mühafizəsi təmin olunub.

Sara Aşurbəyli “Şirvanşahlar dövləti” haqqında əsərində orta əsr mənbələrinə əsasən Kürdüvan əhalisini “Şirvanşahların xəzinə rəncbərləri” olaraq qeyd edib. Ehtimal edilir ki, bu ərazidə olan tikili həmən dövrlərə aid məscidin qalıqlarıdır.

Qeyd edək ki, Xankəndi inzibati ərazi dairəsinə daxil olan Kürdüvanda orta əsrlərə aid məscid olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə həmən məscid məhz bu ərazidə yerləşib.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …