Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Məzahir Əfəndiyev gənc səfirlərlə onlayn formada görüşüb

Milli Məclisin deputatı Məzahir Əfəndiyev “Dayanıqlı İnkişaf Məqsədlərinin Müstəqil Dövlətlər Birliyi ölkələrindəki gənc səfirləri: aktiv fəaliyyətə səfərbərlik” mövzusunda ZOOM konfransda iştirak etdi:

1998-ci ildən etibarən, hər il avqust ayının 12-i gənclərə lazımi diqqət göstərmək, onların inklüzivliyini artırmaq, nailiyyətlərini təbliğ etmək, habelə cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə bütün dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Həmin günün qeyd olunması ilə bağlı beynəlxalq sənəd 17 dekabr 1999-cu ildə BMT Baş Məclisinin 54/120 saylı qətnaməsinə əsasən qəbul olunmuşdur.
Məzahir Əfəndiyev gənc səfirlərlə onlayn formada görüşüb Məzahir Əfəndiyev gənc səfirlərlə onlayn formada görüşüb
Bu günlə əlaqədar cari ilin avqustun 12-də BMT-nin Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Dayanıqlı İnkişaf Məqsədlərinin Müstəqil Dövlətlər Birliyi ölkələrindəki gənc səfirləri: aktiv fəaliyyətə səfərbərlik” mövzusunda ZOOM konfrans təşkil edildi.

Görüşdə DİM-in koordinatorları və Azərbaycan, Rusiya, Qırğızıstandan gənc səfirləri, Rusiya Gənclər və Uşaq Assosiasiyaları Milli Şurasının sədri Qriqori Petuşkov, Moskvadakı BMT İnformasiya Mərkəzinin direktoru Vladimir Kuznetsov, Rusiya BMT Yardım Assosiasiyası sədrinin birinci müavini Aleksey Borisov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev, BMT Baş katibi yanında İqlim Problemləri üzrə gənclər məşvərət qrupunun üzvü Vladislav Kaim iştirak etdilər.

Azərbaycanda DİM-in gənc səfirlərinin yaradıcılarından olan Məzahir Əfəndiyev görüşdə iştirak edən bütün gənc səfirləri təbrik etdi, Azərbaycanda və ümmumiyyətlə bütün dünyada DİM-lərin təbliğ olunmasında gənclərin əhəmiyyətli rolunu vurğuladı: “Ölkəmizdə BMT-nin “2030-cu il inkişaf gündəliyi”nin həyata keçirilməsinə gənclərin daha çox cəlb edilməsi üçün vacib addımlar atılır. Son dövrlər qəbul olunan dövlət proqramlarında da DİM-ə nail olunması prioritet istiqamət kimi nəzərə alınmaqdadır.” Onun fikrincə, qeyd olunan bu kimi tədbirlər gənclərin inklüzivliyini artırmağa, onların bacarıqlarını daha əlçatan etməyə istiqamətləndirir.
Məzahir Əfəndiyev gənc səfirlərlə onlayn formada görüşüb Məzahir Əfəndiyev gənc səfirlərlə onlayn formada görüşüb
Qeyd edək ki, görüşdə Azərbaycanı DİM-in gənc səfirləri 3-cü məqsəd – sağlamlıq və rifah üzrə Aygün Talıbova və 10-cu məqsəd – bərabərsizliyin azaldılması üzrə Ayan İsmayılova təmsil etmişlər.

Sonda müzakirələrə qoşulan iştirakçılar iş təcrübələrini bölüşdülər, fərdi və DİM-lərin yerli və milli səviyyələrdə həyata keçirilməsində bir DİM səfiri kimi təcrübələrini təqdim etdilər və onları maraqlandıran suallar səsləndirdilər.

Bu gün gənclərin könüllü fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqət gənclər sahəsində həyata keçirilən əsas prioritetlərdən sayılır. Buna görə də təsadüfi deyil ki, 2020-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Könüllülər ili” elan olundu, tərəqqi dövrünü yaşayan milli könüllülər hərəkatının inkişafı zirvə nöqtəsinə çatdırıldı.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …