Müsavat Partiyasının saxta üzvlük vəsiqəsi ilə mühacirətə gedən şəxs barəsində cinayət işi başlanıb.
APA-nın məlumatına görə, hazırda Avropada mühacir həyatı yaşayan, 1977-ci il təvəllüdlü Elnur Aydın oğlu Mirzəyev Azərbaycan Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma – eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə) maddələri ilə təqsirləndirilir.
O, ölkədə olmadığı üçün barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.
Qeyd edək ki, E. Mirzəyevin adı bir neçə il əvvəl Azərbaycanda gündəmə gələn “Mühacir işi”ndə hallanıb.
Mətbuatın yazdığına görə, E. Mirzəyev Müsavat Partiyasından aldığı sənədlə mühacirətə gedib.
Partiya isə E. Mirzəyevin sənədinin saxta olduğunu açıqlayıb.