Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Daha bir dəbdəbəli ad günü və toy keçirildi – Novxanı restoranında – VİDEO

Müğənni Nüşabə Musayeva sosial şəbəkədə özünə dəbdəbəli ad günü keçirdiyi restorandan video paylaşıb.

Boyukmillet.com xəbər verir ki, müğənni və yaxınları maska taxmadan, sosial məsafə gözləmədən şənlik ediblər.

Videoda restoranın digər hissəsində bəylə gəlin də kadra düşüb. Novxanıda yerləşən restoranda eyni zamanda toy məclisi də təşkil olunub.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Nazirlər Kabineti ölkədə xüsusi karantin rejimi tətbiq edib. Qaydalara görə, toy, nişan və yas mərasimləri, 5 nəfərdən artıq insanın bir yerə toplaşması, kütləvi tədbirlərin keçirilməsi qadağandır. 

Check Also

YAP rayon sədrinin oğlu 3 milyonluq tenderin qalibi oldu

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tenderin qalibi YAP rayon sədrinin oğlunun şirkəti …