Özbəkistan Türkiyə ilə strateji tərəfdaşlığın gücləndirilməsi və bütün sahələr üzrə dərinləşdirilməsi qərarına gəlib.
Boyukmillet.com xəbər verir ki, Özbəkistan Nazirlər Şurasının verdiyi açıqlamaya görə, “Türkiyə ilə strateji tərəfdaşlığı daha da gücləndirmək və genişləndirmək üçün atılacaq addımlar” mövzusunda qərar qəbul edilib.
Qərara görə, Özbəkistan ilə Türkiyə arasındakı münasibətlərin keyfiyyət baxımından yeni bir səviyyəyə qaldıracaq tədbirlər proqramı təsdiqlənib və Türkiyə ilə çoxşaxəli əməkdaşlığı genişləndirmək üçün bir koordinasiya komitəsi yaradılıb. Nazirlər Şurası tədbirlər proqramının icrasını təhlil edəcək və tədbirlərin və layihələrin həyata keçirilməsinə töhfə verəcək.
Türkiyə isə ilin sonuna qədər Səmərqənddə konsulluq açacaq.
Xatırladaq ki, Özbəkistanın mərhum prezidenti İslam Kərimovun hakimiyyəti illərində iki qardaş ölkə arasında münasibətlər aşağı səviyyədə olub.