Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarədən atası haqqında düşüncələr…

Atasızlığın 40-cı günü…

“Atam, hər şeyim, artıq 40 gündür ki, yoxsan. Özüm də bilmirəm necə dözürəm buna… Yoxluğuna…

Uşaq vaxtdan həmişə qorxardım sizlərdən birini itirməyə, deyərdim ki, yaşaya bilmərəm, amma insan çox qəribədir, Ata, yanıb kül olsa da, yaşayırmış bunu öyrəndim. Hər zaman ad günündə gecə saat 12-ni gözləyərdim ki, birinci mən təbrik edim səni, amma indi bu sözləri yazıram… İnanmağım gəlmir… Hər gün səndən zəng gələrdi bizə, yığışardıq telefon başına, qulaq asardıq, günün necə keçdi, görərdim o gözəl nurlu üzünü. İndi evin hər yerində sən varsan, Atam, hər yer sənin xatirəndir.

Ancaq heç narahat olma, Atam. Sən necə dağ kimi möhkəm idinsə, sənin övladların və həyat yoldaşın da bir o qədər möhkəmdir. Axırıncı dəfə səni 80 gün bundan qabaq son dəfə qucaqladım, 41 gün qabaq da son dəfə eşitdim səsini, mənə “Anam” deyişini… Bu rəqəmlər artmağa davam edəcək, ta ki, səni yenidən görənə, eşidənə, hiss edənə qədər.Ruhun şad olsun, Şəhid Atam… Dünyam mənim…”

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …