Video konfransda Azərbaycan Ukrayna parlamentlərarası dostluq qrupunun sədri, Vladimir Kreydenko, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov, Xarkov Vilayət Radasının deputatı Nikolay Titov,
Vilayət radasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Natalya Zorçenko, Kharkov Şəhər Şurasının beynəlxalq əməkdaşlıq departamentinin direktoru Viktor Rud, V.N. Karazin adına Beynəlxalq Təhsil və Elmi İnstitutunun direktoru, Aleksandr Navrotskiy, Xarkov şəhər radasının deputatı Qabriel Mixaylov, Sumı şəhər radasının deputatı Oleq Ostapenko, Ukraynanın Xalq Rəssamı Katib Mamedov, Azərbaycan tərəfdən, Azərbaycan Ukrayna parlamentlərarası dostluq qrupunun sədri millət vəkili Rüfət Quliyev, Milli Məclisin deputatları, Əli Məsimli, Anar Məmmədov, Elman Nəsirov, Cavid Osmanov, Naqif Həmzəyev, Müşviq Məmmədli, Müşviq Cəfərov, Razi Nurullayev və Emin Hacıyev iştirak ediblər.
Video konfransda Azərbaycanla Ukrayna arasında iqtisadi, mədəni, elmi, texniki əlaqələrin inkişaf etdirilməsi, hər iki ölkənin ərazi bütovlüyü çərçivəsində üzləşdikləri işğalçılıq siyasətinin aradan qaldırılması, Koronavirusa qarşı mübarizədə təcrübə mübadiləsinin aparılması məsələləri əsas müzakirə obyekti olub.
Video konfransda Milli məclisin deputatı Rüfət Quliyev,Ukrayna parlamentinin deputatı Vladimir Kreydenko, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov və digər şəxslər çıxış edərək, ölkələrimiz arasında bir çox sahələrlə yanaşı parlamentlərarası əlaqələrin inkişaf dinamikasından söz açıblar. Hər iki ölkənin beynəlxal arenada eyni mövqedən çıxış etməsini müstəqillik tariximizin uğuru kimi dəyərləndirən natiqlər, Azərbaycanla Ukraynanın üzləşdikləri işğalçılq siyasətindən bəhs ediblər. Hər zaman olduğu kimi hər iki ölkənin bir birilərinin ərazi bütövlüyünə dəstək verəcəklərini vurğulayıblar. Müzakirələr zamanı hər iki ölkənin koronavirusa qarşı apardıqları mübarizənin nəticələrindən bəhs olunub. Pandemiya dövründə Azərbaycanın Xarkov Şəhərindəki Fəxri Konsulluğunun təşəbbüsü ilə təşkil olunan onlayn video konfransın səmərəli nəticələr verdiyini bildirən deputatlar, bu nəcib missiyaya görə fəxri konsul Əfqan Salmanova minnətdarlıqlarını bildiriblər.
Check Also
Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək
Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …