Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Abel Məhərrəmov: “Ramiz Mehdiyev məni də aldadıb”

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən, “siyasi tost” deyən BDU-nun sabiq rektoru Abel Məhərrəmov yaxın günlərdə YAP-dan uzaqlaşdırılacaq.

Boyukmillet.com
xəbər verir ki, o, karantin qaydalarını pozaraq toyda iştirak etdiyinə görə bağışlanmasına çalışsa da, buna müvəffəq ola bilməyib.

Keçmiş rektor da deputat Siyavuş Novruzov kimi Ramiz Mehdiyevi ittiham edib. Bildirib ki, Mehdiyev onu toya dəvət edəndə Prezidentin bundan xəbərinin olduğunu, ondan xeyir-dua aldığını deyib. O, məhz buna görə toyda iştirak etməyə qərar verib. Amma onun bu izahı vəziyyəti dəyişməyib.

Qeyd edək ki, AMEA prezidenti Ramiz Mehdiyevin sətləşdirilmiş karantin qaydalarını pozaraq qız nəvəsinə toy etməsi qalmaqala səbəb olub. Əvvəlcə onun kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası həbs edilib. Sonra isə toyda iştirak edən vəzifəli şəxslər cərimələnib. Deputat Siyavuş Novruzov isə YAP-dan istefa verib.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …