Bu gün DÇ-2018-in seçmə mərhələsinin UEFA zonasında növbəti görüşlərə start veriləcək.
Apasport.az saytının məlumatına görə, ilk oyun günündə D, G və İ qruplarında matçlar oynanılacaq.
AÇ-2016-da yarımfinala qədər irəliləyən Uels millisi Avstriyanın qonağı olacaq. Moldova Serbiyanı qəbul edəcəyi halda, Gürcüstan millisi səfərdə İrlandiya ilə münasibətləri ayırd edəcək.
Günün, eləcə də həftənin ən maraqlı qarşılaşması Turində baş tutacaq. Belə ki, G qrupunda mübarizə aparan 2012-ci ilin qitə çempionatının finalçıları İtaliya və İspaniya yığmaları yenidən üz-üzə gələcəklər. Qrupun digər görüşlərində isə Albaniya Lixtenşteynin, İsrail Makedoniyanın qonağı olacaq.
Türkiyə yığması da seçmə mərhələnin II turundakı oyununa bu gün çıxacaq. İlk görüşdə səfərdə Xorvatiyadan 1 xal alan “ay-ulduzlular” bu dəfə öz meydanlarında Ukraynanı xalsız yola salmağa çalışacaqlar. Xorvatiya Kosovonun qonağı olacağı halda, qrupun digər qarşılaşmasında İslandiya və Finlandiya yığmaları bir-birinə rəqib olacaq.
DÇ-2018-in seçmə mərhələsi
UEFA zonası
D qrupu
II tur, 6 oktyabr
22:45. İrlandiya – Gürcüstan
22:45. Moldova – Serbiya
22:45. Avstriya – Uels
1 | Uels | 1 | 1 | 0 | 0 | 4-0 | 3 |
2 | Avstriya | 1 | 1 | 0 | 0 | 2-1 | 3 |
3 | İrlandiya | 1 | 0 | 1 | 0 | 2-2 | 1 |
4 | Serbiya | 1 | 0 | 1 | 0 | 2-2 | 1 |
5 | Gürcüstan | 1 | 0 | 0 | 1 | 1-2 | 0 |
6 | Moldova | 1 | 0 | 0 | 1 | 0-4 | 0 |
G qrupu
II tur, 6 oktyabr
22:45. İtaliya – İspaniya
22:45. Lixtenşteyn – Albaniya
22:45. Makedoniya – İsrail
1 | İspaniya | 1 | 1 | 0 | 0 | 8-0 | 3 |
2 | İtaliya | 1 | 1 | 0 | 0 | 3-1 | 3 |
3 | Albaniya | 1 | 1 | 0 | 0 | 2-1 | 3 |
4 | Makedoniya | 1 | 0 | 0 | 1 | 1-2 | 0 |
5 | İsrail | 1 | 0 | 0 | 1 | 1-3 | 0 |
6 | Lixtenşteyn | 1 | 0 | 0 | 1 | 0-8 | 0 |
I qrupu
II tur, 6 oktyabr
22:45. Türkiyə – Ukrayna
22:45. İslandiya – Finlandiya
22:45. Kosovo – Xorvatiya
1 | İslandiya | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
2 | Kosovo | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
3 | Türkiyə | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
4 | Xorvatiya | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
5 | Finlandiya | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
6 | Ukrayna | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |