Bazar ertəsi , 4 Dekabr 2023

Azərbaycan diasporunun gənc fəalı fəxri diplomla təltif edilib

Ukraynanın Xarkov şəhərində yaşayan, azərbaycan diasporunun gənc fəallarından Cavid Mirzəyev fəxri diplomla təltif edilib.

Azərbaycanın haqq səsinin, mədəniyyətinin geniş şəkildə tanıdılmasında göstərdiyi xidmətlərə görə Beynəlxalq Diaspor Mərkəzi tərəfindən fəxri diplomla təltif edilib. Diplomu BDM sədrinin birinci müavini Samir Adıgözəlli Xarkov şəhərində Cavid Mirzəyevə təqdim edib. Qeyd edək ki, Cavid Mirzəyev Xarkovda fəaliyyət göstərən Azərbaycan – Xarkov Gənclərinin Diasporu təşkilatının sədr müavini və turizm kompaniyasının rəhbəridir. Azərbaycanın önəmli günlərində kütləvi tədbirlərin təşkilində və Ukrayna ictimaiyyəti ilə əlaqələrin qurulmasında fəal iştirak etməkdədir. Diplom təqdimetmə görüşündə diasporumuzun fəaliyyətinin gücləndirilməsi istiqamətində Ukraynada təhsil alan tələbələrin problemləri ətrafında da söhbət aparılıb. Görüşdə Azərbaycan – Xarkov Gənclərinin Diasporu təşkilatının sədri Arif Abdullayev də iştirak edib. 

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir