Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

“Erməni separatçılarının hərəkəti təxribatdır” – Rusiyalı deputat

Bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Ermənistan ordusunun Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində biri azyaşlı körpə olmaqla, 2 nəfərin öldürülməsi, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib.

D. Savelyev bildirib ki, G-20 sammiti öncəsi Qarabağ separatçılarının bu cür fəaliyyətini ancaq açıq təxribat kimi qiymətləndirmək olar: “Hansı ki, bunun qurbanı günahsız dinc sakinlər, o cümlədən körpə oldu. Bu fakt beynəlxalq ictimaiyyət tərəfindən müvafiq qiymətini almalıdır və Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələn səylər artırılmalıdır. Beynəlxalq hüquq normaları işləməlidir, Azərbaycanın ərazi bütövlüyü ən qısa müddətdə bərpa edilməlidir”. 

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir