Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

ATƏT PA-da Zəhranın qətlindən danışıldı: “Onları şəxsən tanıyırdım”

Milli Məclisin sədr müavini Bahar Muradova ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında ötən gün Füzulinin Alxanlı kəndində baş verən erməni təxribatı ilə bağlı məsələ qaldırıb.

Boyukmillet.com xəbər verir ki, vitse-spiker Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilən təxribat nəticəsində həlak olan Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı barədə parlamentariləri məlumatlandırıb. O, erməni təxribatı nəticəsində bir kənd sakininin yaralandığını xatırladıb.

“Ermənistan silahlı qüvvələri təmas xətində sistemli şəkildə hücumlar edir. Mən özüm bu regiondan Azərbaycan parlamentinə millət vəkili seçilmişəm. Həlak olan şəxsləri şəxsən tanıyırdım. Çox təəssüflər olsun ki, onlar artıq həlak olublar. Mən özüm də Füzuli rayonundan məcburi köçkünəm. Azərbaycan tərəfində təmas xəttində yalnız mülki əhali yaşayır. Təmas xəttinin digər tərəfində Ermənistandan olan silahlı çağırışçılar, əsgərlər dayanır. Təmas xəttində baş verən, mülki insanların ölümünə görə məsuliyyət Ermənistanın hərbi-cinayətkar rejiminin üzərinə düşür”, – deyə Muradova çıxışında qeyd edib.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 

Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir