Uşaqlıqdan həmişə nağıllarla böyüdük. Bəzilərini həvəslə dinlədik, bəzilərini isə məcbur olduğumuz üçün. Ancaq bu nağıllar arasında ən yadda qalanlar vətən mövzusundadır.
Hamısında Vətəni ana kimi simvollaşdırmışlar. Türk adət və mədəniyyətini bilənlər ananın hər uşaq üçün Tanrı qədər ilahi olduğunu yaxşı bilirlər. Vətən və torpaq da belədir. Qarabağ Azərbaycan torpağı, türk vətənidir.Təxminən 30 ildir işğal altında olan bu torpaq, istər işğal edilmiş, istərsə də digər türk torpaqları kimi hər zaman ana torpaq kimi xatırlanır və xatırlanmağa davam edir.
Halbuki həqiqət budur ki, ermənilər o torpaqları işğal etdilər, başqa millətlər onlardan istifadə edir, tozunu, torpağını, yeməklərini və suyunu mənimsəyir. Digər bir həqiqət budur ki, 30 ilə yaxın bir müddətdə işğala son qoymaq üçün hər hansı bir geniş miqyaslı hərbi əməliyyat başlamamışıq. Əksinə, bəzən düşmən tərəfi bizə hücum edəcək qədər güclü hala gətirilib. Hər baxımdan bizdən zəif olan bir düşmən 30 ildir hər cür oyunu başımıza açır və heç vaxt cavab almır. Keçmişdə baş verənləri “Beşinci kolon”a və onun liderləri Ramiz Mehdiyev, Əli Həsənova atdılar. Bununla birlikdə, məmur kreslolarında əyləşən heç kim, illərdir mütəxəssis döyüşçü və jurnalistlərin “Beşinci kolon” liderlərindən biri olaraq adlandırdığı Baş Qərargah rəisi Nəcməddin Sadıqov haqqında nədə demir.
Ancaq “narahat olmayın, vətənimizi işğaldan qurtaracağıq” kimi boş vədlərini asanlıqla verirlər. Biri də çıxıb demir ki, Baş Qərargah rəisinə etibar olunmayanda hansı müharibəyə girib qalib gələcəksiniz?! Ramiz Mehdiyev və Əli Həsənov dövlət idarəçiliyində olarkən susanlar bu gün hakimiyyətdə olan digər xainlərdən də qorxurlar. Digərləri də vəzifədə olanda eyni şeyi etdilər və yalnız vəzifəsindən kənarlaşdırıldıqda danışdılar.
İndi soruşmaq lazımdır, ey dövlət xadimi, millətin sözçüsü, belə bir rüsvayçılıqla bir ölkə qura bilərsinizmi? Ölkənizi güclü edə bilərsinizmi? Boş-boş “Vətən anadır” demək çox asandır. Bunu xidmətlərinizdə görmürük. Dövlətdəki mənfiliklər barədə susmaqla Vətəninizə xəyanət edirsiniz. Vətənə xidmət fədakarlıqdan keçir. Unutmayın ki, bu vəziyyət davam etdikcə ermənilər Qarabağa yalnız Livandan deyil, hər yerdən gətiriləcək və biz Qarabağı tamamilə itirəcəyik. Sənin, mənim vətənim indi işğalçılar sayəsində saxta yollarla qeyri-qanuni insanlarla doldurulur…
Həşim Səhrablı, siyasi-hərbi jurnalist