Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Bakı metrosunda bəzi qatarlar gecikmə ilə hərəkət edir

“Bakı Metropoliteni” QSC-nin “Nəriman Nərimanov” və “Ulduz” stansiyaları arasında qatarların hərəkətini tənzimləyən işıqforda baş vermiş nasazlığa görə, hazırda hərəkətdə gecikmələr müşahidə olunur.

Bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, bəzi qatarların gecikməsi 2-3 dəqiqəyə çatır, əksər qatarlar isə interval göstəricisinə uyğun hərəkət edir. 

Check Also

Yanvarda əsgərliyə gedənlərə VACİB XƏBƏR

Qış aylarında əsgərliyə çağırışın müəyyən çətinliklər yarada biləcəyi barədə fikirlər zaman-zaman gündəmə gəlir. Maraqlıdır, qış …