Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Kamran Əsədov: Belə getsə məktəblər yenidən bağlanacaq

Məktəblərdə şagird və müəllimlər arasında koronavirusa yoluxma halları baş verib.

Bu gözlənilən idi.

Çünki qabaqlayıcı tədbirlər yox həddindədir. Bu gedişlə 2 həftə sonra tədris prosesi dayandırılacaq.
Bu gün Bakı şəhərində 30 dan çox məktəbin qarşısında monitorinq apardım.
Bəli, valideyinlər məktəbə buraxılmır. Amma bu həll yolu deyil.

1. Şagirdlər məktəbə eyni girişdən daxil olub, elə həmən girişdən də çıxmamalıdırlar.

Dərslər növbəli olduğuna görə bir qrup dərsdən çıxanda o biri daxil olur və qapının ağzında sıxlıq yaranır.
Məktəbin bir neçə çıxışı istifadə edilməlidir.

2. Məktəbin qarşısında valideynlərin sıxlığı yaranmaması üçün xüsusi işarələnmə olmalı və valideynlər ancaq xüsusi işarələnmiş yerlərdə dayanmalıdırlar.

3. Bilirəm, bu bir az çətin olacaq, bamma yaşlı şəxslərin şagirdləri məktəbə gətirməsinə bir müddətlik məhdudiyyət qoyulmalıdır.

Mövcud vəziyyət davam etsə, 2 həftə sonra tədris prosesi yenidən dayanacaq

Check Also

Cənub rayonlarının enerji verilişində fasilə yaranacaq

“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində …