Bazar , 28 Aprel 2024
Drone Cameras

XİN başçısı: “Gürcüstan-Azərbaycan əməkdaşlığı bölgədə sabitliyə xidmət edir”

“Gürcüstan və Azərbaycan arasındakı tərəfdaşlıq ildən-ilə genişlənir”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi görüşdən sonra bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı əməkdaşlıq bölgədə və bölgədən kənarda sabitliyin təmin olunmasına xidmət edir. “Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. BMT-nin Baş Assambleyasında Azərbaycanın Gürcüstanın təşəbbüskarı olduğu qətnaməni dəstəkləməsini yüksək qiymətləndiririk”.

D.Zalkaliani azərbaycanlı həmkarının onu Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik barədə məlumatlandırdığını qeyd edib: “Gürcüstan münaqişənin beynəlxalq ictimaiyyətin dəstəyi ilə həllinin tərəfdarıdır”.

Check Also

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

Avropa Birliyinin Parlamenti aprelin 23-ü uyğurların məcburi əməyi nəticəsində istehsal olunan Çin məhsullarının bazara daxil …