Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

“Türkiyədə hərbi çevriliş cəhdi xaricdən dəstəklənib”

“Türkiyədə hərbi çevriliş cəhdi əlbəttə ki, xaricdən dəstəklənib.”

Boyukmillet.com xəbər verir ki, APA-nın məlumatına görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiya sözçüsü Mahir Ünal 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşdə bildirib. 
M. Ünal deyib ki, bu hərbi çevriliş cəhdinin ABŞ-ın NATO-da müttəfiqi olan, Avropa İttifaqına üzvlüyə namizəd bir ölkədə baş verməsi təəccüblüdür: “Ancaq əlimizdə bu hərbi çevriliş cəhdinin konkret hansı xarici ölkə tərəfindən dəstəkləndiyi barədə konkret dəlil yoxdur”.
AKP sədrinin müavini hərbi çevriliş cəhdi dönəmində Azərbaycana dəstək verdiyi üçün təşəkkür edib.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir