Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Prof. Dr. Kerem KARABULUT: “Azərbaycan hazırda öz ərazi bütövlüyünü təmin etməyə çalışır”

Bu sözləri qardaş Türkiyənin tanınmış iqtisadi siyasət üzrə mütəxəssislərindən olan Prof.Dr. Kerem Karabulut Azərbaycan mediasına verdiyi açıqlamada deyib. Tanınmış alim bldirib ki, təqribən otuz ildir ki, Ermənistan Azərbaycanın əzəli və əbədi olan torpaqlarını işğal edib və BMT və ATƏT kimi beynəlxalq təşkilatların çıxardığı qətnamələrə baxmayaraq işğalı başa çatdırmayıb. ATƏT Minsk Qrupunun da ancaq münaqişənin vaxtı uzatmaqla məşğul olduğunu və müzakirələrə heç bir xeyrinin olmadığını deyən Kerem Karabulut 27 sentyabr tarixindən Ermənistan işğal etdiyi Azərbaycana aid olan torpaqlardan Azərbaycanın digər ərazilərin atəş tutduğunu, Azərbaycanın buna qarşılıq bütün cəbhə boyunca əks hücuma keçdiyini qeyd edib. Ermənistanın bu hücumlarının Ermənistanın sözün bütün parametrlərində bir işğalçı dövlət olduğunu sübuta yetirdiyini deyən ekspert Azərbaycanın isə haqlı olaraq öz işğal edilmiş ərazilərini xilas etmək üçün əməliyyatlara başladığını sözlərinə əlavə edib: “Ermənistan hal-hazırda varlığını davam etdirmək üçün regiondakı bütün dövlətlərə qarşı işğalçılıq siyasəti həyata keçirir. Çünki, iqtisadiyyatı çöküb, bütün regional və qlobal lahiyələrdən kənarda qalıb. Təqribən ölkənin istehsal olunmuş ümumi daxili məhsulun həcmi qədər xarici borcu olan və əhalisinin demək olar ki, 30 % – nin aclıqla üz – üzə qaldığı Ermənistanın əsas gəlir mənbəəyi xarici ölkələrdə çalışan ermənilərin göndərdiyi pullar və diaspordan gələn ianələrdir. Bu ianələrin davamlılığını təmin etmək üçün isə qeyri – insani hərəkətlər etmək məcburiyyətindədir Ermənistan. Fikrimizi başqa cür ifadə edəsi olsaq, hazırda həyata keçirdiyi tam bir terror və savaş suçudur. Erməni tarixini diqqətlə və obyektiv bir şəkildə araşdırdığımız zaman görəcəyik ki, bu insanlar tarixən kimlərinsə dəstəyi və himayəsi altında yaşamağa öyrəniblər. Eyni zamanda, əllərinə fürsət keçən kimi onlara yaxşılıq edənlərə, ölkə ya da insan olsun, heç fərqi yoxdur, xəyanət ediblər. Ermənilər keçmişdə Osmanlı dövlətinə etdiyi xəyanətləri indi Azərbaycana qarşı davam etdirirlər. Gələcəkdə eyni xəyanəti ruslara qarşı da edəcəklər. Buna görə, Rusiyanın Ermənistanı bu işğalçı və mənfur siyasətindən əl çəkdirməsi onun xeyrinə olacaq. Çünki Rusiyanın vasitəçiliyi ilə imzalanan atəşkəsin, ermənilər tərəfindən dərhal pozularaq dinc xalqa hücum etməsi həm regionda, həm də dünyada Rusiyanın imicinə ciddi mənada ziyan vurdu və vuracaq da. Bundan başqa beynəlxalq hüququn prinsipləri kobud şəkildə pozulur ki, Rusiya bu vəziyyətdən acnaq Türkiyə və Azərbaycan ilə isti münasibətlər quraraq çıxa bilər. Həm geosiyasi, həm də geoiqtisadi baxımdan bu iki ölkə region və dünya üçün böyük önəmə sahibdir. Rusiya bunu diqqətlə incələməlidir və bu kimi məqamları gözdən qaçırmamalıdır.”
Sonda Türkiyənin tanınmış iqtisadi siyasət üzrə mütəxəssisi tarix boyunca İrəvan xanlığının hakimiyyəti altında olan Ermənistanın tamamının Türk torpaqları olduğunu, sonradan ətraf ölkələrdən və dünyanın bir çox yerlərindən bu ərazilərə köçürülən ermənilərin indi də Azərbaycanın öz dədə – baba torpaqlarına sahib çıxmaq istəyinin bir beynəlxalq suç kimi qəbul edildiyini bildirərək dünyanın da bu suça ortaq olmamalı olduğu fikri ilə sözlərini yekunlaşdırıb. Kerem Karabulut onu da qeyd edib ki, Azərbaycanın torpaqlarını qeyd şərtsiz geri qaytarması Ermənistanın da xeyrinə olacaq.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …