Şənbə , 3 May 2025
Drone Cameras

“Erməni diasporu xeyriyyə qurumları adı altında orduya vəsait toplayır” – Prezidentin köməkçisi

“Erməni diasporu qeyri-kommersiya və xeyriyyə qurumları adı altında silahlı qüvvələrinə vəsait toplayır”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

Onun sözlərinə görə, vəsait “Sərhədlər bizik – hər şey “Arsax” üçün” şüarı altında toplanır.

““Ermənistan Fondu”, AGBU, “Ontarionun erməni Kanada Tibb Birliyi”, “Erməni Kömək Fondu”, “Tufenkian” vəqfi, “Erməni Kömək Dərnəyi” bu prosesdə iştirak edir”, – deyə H. Hacıyev vurğulayıb.

Check Also

Məzahir Pənahovun gəlini elə faktlar açıqladı ki… – ŞOK TƏFƏRRÜAT

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını …