Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Bayden xalqa səsləndi: Trampa səs verənlər…

Söz verirəm ki, parçalayan deyil, birləşdirən prezident olacağam.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden xalqa müraciətində deyib.

O bildirib ki, prezident Trampa səs verənlərin məyusluğunu başa düşürəm:

“Mən iki dəfə məğlub olmuşam. Ancaq indi bir-birimizə şans verməliyik. Rəqiblərimizə düşmənimiz kimi baxmamalıyıq. Onlar düşmənimiz deyil, amerikalıdır. Bazar ertəsi pandemiyaya qarşı mübarizə üçün ekspertlər qrupu yaradacağam. Bundan başqa, iqtisadiyyatı canlandırmaq, sistemli irqçiliyin kökünü kəsməyin və iqlim dəyişikliyi ilə mübarizəyə başlamağın vaxtı gəldi”.  /Axar.az/

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …