Çərşənbə , 18 Fevral 2026
Drone Cameras

Paşinyan HƏR ŞEYİ ETİRAF ETDİ: Bir yol vardı, Ermənistan buna görə TƏSLİM OLDU

“Ordu dayanmağın lazım olduğunu söylədi”.

Boyukmillet.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə bildirib.

O deyib ki, ordudan hərbi sursatların tükənməsi xəbərləri gəlirdi. Bundan başqa perspektiv olmayıb: “Cəbhə bölgəsində vuruşanları əvəz edən yox idi. Döyüşənlərin dincəlmək imkanı olmalı idi. Cəbhə xəttində ardıcıl bir ay əvəzlənməyən insanlar var idi. Nəticədə Ermənistan respublikasının rəhbərliyi və dqr (qondarma Dağlıq Qarabağ rejimi – red.) müharibəni ən qısa müddətdə bitirməyin lazım olduğu barədə qərar verdi, əks təqdirdə bunun nəticələri daha ağır olacaq”.

O, daha sonra deyib: “Atəşkəs hərbi əməliyyatların başlanğıcında – 27 sentyabrda bağlanmadı, çünki atəşkəslə maraqlanmırdıq.

Paşinyan bildirib ki, Ermənistan hərbi əməliyyatlarda qalib gələcəyinə inanıb: “Təəssüf ki, bu baş vermədi. Biz belə bir addım ata bilməzdik”.

“Müharibəni dayandırmağın bir yolu var idi – Qarabağa status vermədən ətrafındakı beş bölgənin təhvil verilməsi”, – Paşinyan bildirib.

Check Also

Vardanyanı biz həbs etməsəydik, İrəvanda Paşinyan həbs edəcəkdi” – Politoloq

Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə …