Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

“Biz o torpaqlara mütləq qayidacağıq” devizi altında Qərbi Azərbaycanlıların elat bayramı keçiriləcək

Yaxın günlərdə Qərbi Azərbaycanlıların elat bayramı keçiriləcək.

Bu haqda bugün Azərbaycan Qaçqınlar Cəmiyyətinin təşkil etdiyi tədbirdə BDM sədri İsmayıl Ağayev bildirib. Tədbirlə bağlı hazırlıq işlərinin aparıldiğını və bayramın Xızı rayon ərazisində keçiriləcəyini qeyd edib.

“Biz o torpaqlara mütləq qayidacağıq – Bayrağını götür səndə gəl” devizi altında keçiriləcək tədbirə İ. Ağayev arzu edənləri dəvət etdi.

Beynəlxalq Diaspor Mərkəzi, Dünya Azərbaycanlıları Konqresı və Qaçqınlar Cəmiyyəti ilə birlikdə keçiriləcək tədbir Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, folklorunu və bütovlükdə adət-ənənəsini əhatə edəcək.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir