Cümə , 26 Aprel 2024
Drone Cameras

Ermənistan Qərbi Azərbaycanlılara 580 milyard dollar ziyan vurub – FOTOLAR

Azərbaycan Qaçqınlar Cəmiyyəti tərəfindən Beynəlxalq Mətbuat Mərkəzində qaçqınların sosial-siyasi problemləri ilə bağlı tədbir keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə son iki yüz ildə xalqımızın məruz qaldığı soyqrımı və deportasiyaların tarixi mərhələlərindən danışılıb. Qaçqınların tarixi torpaqlarına qayıtması uğrunda mübarizəsinin formaları müzakirə olunub və xüsusilə 4 mövzuya toxunulub:

1. 1988-1922-ci illərdə Qərbi Azərbaycandan deportasiya edilən qaçqınlara dəyən maddi və mənəvi ziyanın hesablanması.

2. İrandan və Türkiyədən ermənilərin Qafqaza köçürülməsinin 190-cı, 1918-ci il soyqrımının 100-cü, 1948-1953-cü illər deportasiyasının 70-ci, 1988-ci il soyqrımının 30-cu ildönümü ilə bağlı qarşıda duran vəzifələr.

3. Qərbi Azərbaycanlıların Elat Bayramının keçirilməsi.

4. Qaçqınların tarixi torpaqları uğrunda mübarizəsinin təşkili formaları.

Mövzu ətrafında çıxış edən Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli qeyd edib ki, beynəlxalq standartlara uyğun olaraq aparılan hesablamalara görə, qaçqınlara dəymiş ümümu ziyan 580 milyard ABŞ dolları dəyərindədir:

“Bu günə qədər təəssüf ki, torpaqlarımızın işğalı ilə bağlı anım günləri layiqincə qeyd olunmur. Bu problem birdəfəlik həll olunmalıdır.”.

Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev bildirib ki, rəsmi sənədlər əsasında Avropa İnsan Haqları Məhkəməsinə müraciətlər ediblər:

“Bununla biz ermənilərin qondarma ərazi iddialarının az da olsa, qarşısını ala bildik. Bu məsələlərin siyasi və sosil tərəfi var. Məhz siyasi tərəfə görə Avropa İnsan Haqları Məhkəməsi bu məsələnin araşdırılmasını dayandırdı. Biz onlara 50-yə yaxın qaçqının ərizələrini, onlara dəyən maddi ziyanın hesablamalarını rus, ingilis, fransız dillərinə tərcümə olunmuş şəkildə təqdim edilib”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elçin Qədimov isə bu istiqamətdə görülən işlərə verilən dəstəkdən danışıb:

“Sözügedən sənədlər, bu mövzunun dərindən araşdırılması üçün yaradılan işçi qrupunun fəaliyyəti göz qarşısındadır. İllər keçdikcə vətəndaşlara dəyən ziyan artır. Bu beynəlxalq ekspertlər tərəfindən aparılan araşdırmaların nəticələridir.

DAK icra aparatının rəhbəri Samir Adıgözəlli, İrəvan Azadlıq Təşkilatının sədr müavini Ceyran Ənsər, Qərbi Azərbaycana Qayıdış Birliyinin sədri Rizvan Talıbov, Cəmşıd Rzaquliyyev və dıqərləri çıxışlarında qərbi azərbaycanlıların problemlərindən və Elat bayramının keçirilməsi ətrafında fikirlərini bildirdilər.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir