Etibar Məmmədov: “Xanlıqlar dövründə də vəziyyət eyniylə belə idi”
“Bu gün hər icra başçısı özünü qanun kimi aparır”.
Boyukmillet.com xəbər verir ki, bunu AZDP sədri Sülhəddin Əkbərin “Qanun” nəşriyyatında reallaşan kitab təqdimatında iştirak edən AMİP lideri Etibar Məmmədov bildirib. E.Məmmədov eyniylə xanlıqlar dövründə də oxşar vəziyyətin hökm sürdüyünə diqqət çəkib:
“Azərbaycanda xanlıqlar dövrü və həmin dövrdə baş verənlərlə bağlı bu gün də tarixçilər arasında birmənalı yanaşma yoxdur. Lakin bu bir gerçəkdir ki, həmin dövr hər-mərclik dövrü olub. Xanlar özlərini qanun kimi aparıb, özlərini qanunun yerinə qoyublar. Hansı ki, bu gün də icra başçıları özlərini o dövrün xanları kimi aparırlar”.