Cümə , 22 Noyabr 2024
Drone Cameras

Paşinyan hakimiyyətdə qalacaq, çünki… – Mixaylov

Ermənistandakı vəziyyəti təhlil edərkən bir həftə, xüsusən də aylar sonra İrəvanda nələrin baş verəcəyini ehtimal etmək mümkün deyil.

Boyukmillet.com xəbər verir ki, bunu Axar.az-a açıqlamasında rusiyalı ekspert Yevgeni Mixaylov deyib.

“Paşinyan hələ bir müddət hakimiyyətdə qalacaq. Çünki Ermənistan qoşunlarının işğal olunmuş bölgələrdən çıxarılmasına dair razılaşmalara riayət etmək lazımdır. Digər tərəfdən isə zənnimcə, Paşinyanın rüsvayçı kapitulyasiyasını və minlərlə gənc əsgərin ölümünə görə erməni xalqının böyüyən nifrətini öz üzərinə götürməyə çətin ki, kimsə razı olsun”, – deyə o qeyd edib.

Mütəxəssisin fikrincə, bu, Nikolun günahıdır və buna görə o cavabdehdir:

“Yeni “lider” olmadan Ermənistanda daxili siyasi qarşıdurmalar mitinq şəklində davam edəcək. Görünüş naminə Paşinyan müxalifətçiləri gah həbs edəcək, gah da onları sərbəst buraxacaq. Hər halda, İrəvanın indi sakitləşməsi, məğlubiyyəti və yeni reallıqları bal kimi qəbul etməsi və sonra ölkənin xaosdan və dövlətçilik itkisindən xilas olmasına kömək edəcək bir siyasət tapmağa çalışması lazımdır”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …