Bazar ertəsi , 5 May 2025
Drone Cameras

Paşinyan ordunun zəif olduğunu deyən iş adamına nazir vəzifəsi verdi

Cəbhədə vəziyyətin acınacaqlı olmasından bəhs edən iş adamı Vaan Kerobyan Erməstanda iqtisadiyyat naziri təyin olunub.

Boyukmillet.com xəbər verir ki, V.Kerobyanın bir neçə gün öncə Qarabağda ikən “Al Jazeera”ya verdiyi açıqlama diqqətdən yayınmayıb.

“Vəziyyətlə bağlı müxtəlif tezislər var idi: bizim ordu güclüdür, böyükdür, biz hər şeyi edə bilərik və s. Ancaq ictimaiyyətdə heç kəs gerçək durumu bilmirdi. İndi layiq olduğumuz nəticəni əldə etmişik”, – V.Kerobyan söyləyib.

Qeyd edək ki, V.Kerobyan bu vəzifədə noyabrın 24-də istefa verən Tiqran Xaçatryanı əvəzləyib.

Check Also

Məzahir Pənahovun gəlini elə faktlar açıqladı ki… – ŞOK TƏFƏRRÜAT

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını …