Bazar , 8 Sentyabr 2024
Drone Cameras

Azərbaycan prezidenti İstanbulda BP-nin rəhbəri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev İstanbulda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə İstanbulda keçirilən və 60-dan çox ölkədən yüksək səviyyəli nümayəndənin qatıldığı 23-cü Dünya Enerji Konqresinin əhəmiyyəti vurğulanıb.

Bu mötəbər tədbirdə enerji məsələləri ilə bağlı mühüm mövzuların müzakirə ediləcəyi qeyd olunub, Azərbaycanda enerji, o cümlədən neft-qaz yataqlarının işlənilməsində yüksək texnologiyaların tətbiq olunduğu nəzərə alınaraq, bu sahədə dünya təcrübəsinin öyrənilməsi məqsədilə ölkəmizin Konqresə böyük maraq göstərdiyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə BP şirkəti arasında uğurlu əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilib. Birgə layihələrin uğurla icra olunduğu, “Şahdəniz” layihəsi üzrə işlərin nəzərdə tutulduğu kimi davam etdirildiyi bildirilib. Həmçinin “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında yeni layihələrlə bağlı danışıqların uğurla aparıldığı qeyd edilib.

Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir