Bazar , 3 Dekabr 2023

BMT Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını müsbət qarşılayıb

BMT Prezident Əlaqələndiricisinin Azərbaycan ofisi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı bəyanat yayıb.

BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd olunub ki, BMT RezidentƏlaqələndiricisinin Azərbaycan ofisi Azərbaycan prezidentinin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında fərmanını müsbət qarşılayır.

”Biz hökumətin qlobal məqsədlərin səmərəli həyata keçirilməsi yolunda göstərdiyi öhdəlik kimi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasından məmnunuq. Azərbaycandakı BMT Sistemi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində Şuranı dəstəkləməyə hazırdır və vətəndaş cəmiyyəti, eləcə də Azərbaycan cəmiyyətindəki digər seqmentləri bir araya gətirəcək inklüziv prosesin baş tutacağına ümid edir. AzərbaycanBMT-nin digər 193 üzvü kimi 2015-ci ilin sentyabrında BMT sammitində 2030 Gündəliyini imzalayıb. Bununla, ölkə bu kollektiv təşəbbüsə qoşularaq, heç bir kəsin bu prosesdən kənarda qalmayacağına söz verməklə, dünyanı dayanıqlı və güclü edəcək təxirəsalınmaz, cəsarətli və transformativ tədbirlərin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürüb”, – deyə bəyanatda vurğulanıb. 

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir