Cümə , 22 Noyabr 2024
Drone Cameras

Gələn ay 43 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 22-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.

Boyukmillet.com nazirliyə istinadən verdiyi məlumata görə, hərraca 43 dövlət əmlakı çıxarılacaq. Bunlardan 29-u kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 14-ü isə nəqliyyat vasitəsidir.

Özəlləşdirməyə çıxarılan əmlakların tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/39wYZuX, https://bit.ly/2HJJap6, https://bit.ly/3mfmNGU, https://bit.ly/2HH9ksD, https://bit.ly/2V6IdtZ)

Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

Check Also

SOCAR Türkiyədəki təbii qaz paylama biznesini satmağa çalışır

Bunun üçün danışıqlara başlanıldığı bildirilir SOCAR Türkiyədəki təbii qaz paylayıcı biznesini satmaq üçün danışıqlar aparır.Qurumun …