Şənbə , 28 Dekabr 2024
Drone Cameras

Bərzani referendumdan sonra ilk dəfə danışdı

Şimali İraq Kürd Muxtariyyatının lideri Məsud Bərzani keçirilən referendumdan sonra ilk dəfə olaraq açıqlama verib.

Bərzani video müraciət edərək, İraq hökumətinə səslənib. O, yaydığı video müraciətində bildirib ki, İraq hökuməti kürdləri təhdid etməkdən əl çəkməlidir.

“Biz artıq müstəqilliyimizi qəbul etdik. Bu qərarla bütün şəhədilərimizin ruhu şad oldu. İradəmiz qırılmadı. Artıq bundan sonra kürdlər üçün yeni tarix başlanıb. İraq hökuməti qanunlara əməl edib, insanların azadlıqlarını qorumadı. Lakin biz onlara öz hüquqlarımızı qoruya bildiyimizi bir daha sübut etdik”, – deyə M.Bərzani bildirib.

Kürd lideri əlavə edib ki, hər şeyə rəğmən kürdlər yenə də İraq hökumətilə danışıqlara getməyə hazırdılar: “Biz danışıqlara hazırıq. Danışıqlar zamanı heç bir problem yaşamaq istəmirik. İraqın baş naziri Heydər əl Abadini “qapılar”ı dialoq üçün bağlamamağa çağırıram. Mən qonşu ölkələrə səslənirəm. Biz bölgədə yaranmış problemlərin həll olunmasını istəyirik. Xalqımız kimyəvi silahlarla vurulan zaman Türkiyə və İranın dostluğunu gördük. Mən beynəlxalq aləmə səslənirəm. Bizim xalq terrorla mübarizə aparıb. Minlərlə insanımız bu yolda şəhid olub. Bundan sonra da terrorla mübarizə aparmağa hazırıq. Bizim üçün İŞİD və digər terrorçu qruplar düşməndilər. Biz dostluğa açıq millətik”.

Qeyd edək ki, sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyatının müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. Türkiyə dövləti referendumu birmənalı olaraq pisləyib. Lakin referendum baş tutub. Nəticələrə əsasən kürdlər müstəqilliklərini qəbul ediblər.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir