Azərbaycan dövləti,Azərbaycan rəhbərləri yalnız xalqın milli maraqlarını müdafiə edəcək, xalqın arzularını gerçəkləşdirəcək siyasət həyata keçirməkdədirlər.
Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva siyasi iradələrinə bağlı qərarlar qəbul edərək, ölkəmizin inkişafı, rifahı naminə böyük layihələr həyata keçirirlər.
Baxın, artıq Qarabağ Azərbaycanındır!!
Qarabağın hər bölgəsində abadlıq quruculuq işləri aparılmağa başlanmışdır. Dövlət Fizulidən Şuşaya yol, işıq çəkir. Tezliklə bu yerlərdə yaraşıqlı evlər, hündür binalar tikiləcək, ağaclar əkiləcək, işğaldan azad olunmuş bütün kəndlər, şəhərlər abadlaşdırılacaqdır.
Xalqını sevən, gecə-gündüz yorulmaq bilmədən bu, işləri həyata keçirmək üçün çalışan, azad olunmuş şəhərlərimizə səfər edən prezident cənab İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva kimi, dünyanın həsəd apardığı siyasi liderlərimiz var.
Biz hamılıqla bu, rəhbərlərlə fəxr etməliyik.
Ona görə də, hər birimiz onların yanında olmalı, etdiklərini yüksək dəyərləndirməliyik.
Bunu ona görə etməliyik ki, MİLLİ BİRLİYİ, DÖVLƏTÇİLİYİ, PREZİDENTİ, ORDUSU GÜCLÜ OLAN VƏTƏNPƏRVƏR XALQ, HEÇ VAXT MƏĞLUB OLMAZ, QALİB OLARAQ YAŞAYAR.
Eşq olsun, qalib ordumuza, qətiyyətli, sevimli prezidentimizə, çiçəklənən Azərbaycanımıza
Yasəmən Möhübbətqızı.
AJB-üzvü,Beynəlxalq Sülh səfiri.
İSBAM sədrinin müşaviri.