Cümə axşamı , 12 Fevral 2026
Drone Cameras

Ovannes Koçaryan: Paşinyan Yerevan küçələrinə zirehli geyimli şəxslər yeridib

Yerevanın ictimai yerlərində insanların zirehli jiletlərdə və xüsusi formalarda olması polis əməkdaşlarına etibarsızlığın göstəricisidir.

Boyukmillet.com  “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Polisinin keçmiş rəis müavini Ovannes Koçaryan özünün feysbukdakı səhifəsində yazıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarlarının aksiyasından bəhs edən keçmiş rəis müavini bəzi şəxslərin paytaxt küçələrində zirehli jiletlərdə olmasına diqqət çəkib.

“Onlara kimsə izah etsin ki, öz görüntüləri və boş sözləri ilə dinc aksiya iştirakçıları üçün hazır provokasiyalardır. Onların bircə ictimai asayişin müdafiəsi ilə məşğul olmaları çatmırdı”, – o qeyd edib.

Check Also

“Onlar Ramiz Mehdiyevdən danışmağa bu səbəbdən qorxurlar”- Sabiq deputatdan sensasion MÜSAHİBƏ

Milli Məclisin sabiq deputatı, Naftalan şəhər icra hakimiyyətinin sabiq başçısı, məşhur YAP üzvü Musa Musayev …