Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

AŞPA prezidenti: “Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanda həll olunmamış münaqişələrin mövcudluğu yolverilməzdir”

“Bütün ölkələrin ərazi bütövlüyünü təmin etmək və güc tətbiq etməmək prinsipini dəstəkləmək, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin qarşısını almaq lazımdır”.

“Report” xəbər verir ki, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Strasburqda Assambleyanın plenar iclasının açılışında deyib.

AŞPA prezidenti bildirib ki, Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanda həll olunmamış münaqişələrin mövcudluğu yolverilməzdir: “Avropalı olaraq biz bu məsələləri diplomatiya yolu ilə həll etməliyik.”

O, beynəlxalq hüququn prinsip və qaydaların müdafiə olunmasına dair çağırış edib.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir