Cümə , 5 İyul 2024
Drone Cameras

Bayram Səfərov: “Hələ Şuşaya gedib çıxa bilməmişəm, ermənilər hər yeri minalayıblar”

Şuşanın icra başçısı Bayram Səfərov Şuşaya gedə bilməyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə icra başçısı özü bildirib. 

O qeyd edib ki, hələlik mülki şəxslərin Şuşaya gediş-gəlişi üçün şərait yoxdur:  

“Bütün şuşalılar şəhərə qayıtmaq istəyirlər. Bizə müraciət edirlər ki, necə gedə bilərik. Amma mən özüm belə hələ gedib çıxa bilməmişəm. Bu asan məsələ deyil. Ermənilər hər yeri minalayıblar. Diqqətli olmaq lazımdır. Əhalinin Şuşaya gedişi üçün rəsmi icazə veriləndə mən də gedəcəm”.

İcra başçısı Şuşada dağıdılan dini və tarixi abidələrin taleyinə də toxunub:  

“Şuşanı dağıdıblar. Tariximizi yerlə yeksan ediblər. Bütün abidələrin bərpası üçün müvafiq qurumlar fəaliyyət göstərirlər”.   

Check Also

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

47 nəfərlə bağlı yoxlamanın nəticəsi Baş Prokurorluğa göndərilib Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət …