Bazar ertəsi , 31 Mart 2025
Drone Cameras

Çində silahlı şəxsin hücumu zamanı 7 nəfər həlak olub, yaralılar var

Çinin şimalındakı Lyaonin əyalətində silahlı hücum zamanı 7 nəfər öldürülüb.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Qeyd edilir ki, hadisə Kayuan şəhərində, yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 4:00) qeydə alınıb.

Bıçaqla silahlanmış naməlum kişinin hücumu nəticəsində daha 7 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi yaxalayıblar və onun kimliyini müəyyənləşdiriblər.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbi müəyyənləşdirilir, təhqiqat aparılır.

Check Also

HƏMAS Misir və Qətərin Qəzzada atəşkəslə bağlı şərtlərini qəbul edib

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs şərtlərini danışıqlarda vasitəçilik edən Misir və Qətərdən qəbul edib. …