Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Parlament İşsizlikdən Sığorta Fondunun gələn ilki büdcəsini təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Boyukmillet.com xəbər verir ki, İşsizlikdən Sığorta Fondunun gələn il üzrə büdcəsinin gəlirləri 157 769 146,0 manat, xərcləri 157 769 146,0 manat məbləğində müəyyən edilib.

Fondun gələnilki büdcəsindən işsizliyə görə sığorta ödənişlərinə 13 000 000,0 manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 2 000 000,0 manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 68 774 200,0 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …