Bazar , 15 Noyabr 2026
Drone Cameras

Bayden Trampı peyvənd olunmağa çağırdı

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden hazırkı dövlət başçısı Donald Trampı COVID-19 əleyhinə peyvənd olunmağa çağırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi bildirib.

“Ümid edirəm ki, peyvənd əlçatan olduqda prezident aydın və birmənalı şəkildə bütün amerikalıları vaksindən istifadə etməyə çağıracaq. Mən vaksinin cəmiyyətə etibarını təlqin etmək üçün peyvənd edildim, seçilmiş vitse-prezident Kamala Harris də həmçinin peyvənd olundu”, – Bayden deyib.

Qeyd edək ki, Bayden “Pfizer” və “BioNTech” şirkətlərinin preparatı ilə peyvənd edilib.

Daha əvvəl Ağ Evdə bildirilib ki, nə vaxt həkim zəruri hesab etsə, ABŞ prezidenti Donald Tramp COVID-19-dan peyvənd ediləcək.

ABŞ COVID-19-a yoluxma hallarının sayına görə dünyada birinci yerdədir. Pandemiyanın bütün vaxtı ərzində 19 milyondan çox amerikalı koronavirusa yoluxub, onların 300 mindən çoxu ölüb.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …